Digər
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edildi
Ankaradan Şanlıurfaya uçan “Ajet” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində bomba ilə bağlı qeyd tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Şanlıurfa əyalətinin qubernatoru Həsən Şıldak deyib.
"5 oktyabr 2026-cı il tarixində Ankaradan Şanlıurfaya uçan 4180 nömrəli "AJet" sərnişin təyyarəsinin göyərtəsində partlayıcı maddələrlə bağlı qeyd tapılıb. Təyyarə saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib. Sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunacaq, bundan sonra təhlükəsizlik qüvvələrimiz təyyarədə partlayıcı maddələrin olub-olmadığını yoxlayacaq", - deyə o bildirib.
Qeyd edilir ki, təyyarədə 136 sərnişin və yeddi heyət üzvü var.
Mənbə
axar.az