Dünya
SAXAL Qəzzada "İslami Cihad"ın bölmə komandirinin məhv edildiyini açıqlayıb - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənubunda Fələstinin "İslami Cihad" qruplaşmasının radikal təşkilatın hərbi qanadı üçün silah istehsalı və tədarükünə cavabdeh olan bölmə komandirini zərərsizləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
"İsrail Müdafiə Ordusu Xan-Yunis (Qəzza zolağının cənubunda şəhər - red.) rayonunda dəqiq zərbə nəticəsində "İslami Cihad"ın istehsalat bölməsinin komandiri Adəm Məhəmməd İbrahim Əbu Hədidi məhv edib. "İslami Cihad"ın istehsalat bölməsi təşkilatın hərbi qanadının silah istehsalı və tədarükünə cavabdehdir", - deyə açıqlamada bildirilir. Mətbuat xidməti qeyd edib ki, "zərbədən əvvəl mülki şəxslərə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görülüb", o cümlədən "dəqiq idarə olunan sursatlardan istifadə" və "hava müşahidəsi"ni sadalayıblar.

Mənbə
oxu.az