Mədəniyyət
Uşaqların dünyasından incəsənətə gedən yol: Kukla Teatrından FOTOREPORTAJ
Azərbaycan Dövlət Kukla Teatrı ölkənin ən qədim və zəngin ənənələrə malik sənət ocaqlarından biridir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, 1931-ci ildən fəaliyyət göstərən teatr Azərbaycan milli kukla sənətinin formalaşması və inkişafında mühüm rol oynayıb.
Teatr uzun illər ərzində yetişən nəsillərin mənəvi-estetik tərbiyəsinə, onların milli-mənəvi dəyərlərə bağlı böyüməsinə böyük töhfələr verib. Xalq Maarif komissarlığının əmri ilə 16 may 1931-ci ildə Bakıda Türk Kukla Teatrı kimi fəaliyyətə başlayan sənət ocağı "Sirk" adlanan ilk tamaşasını 1932-ci ilin aprelində səhnələşdirib. Məsxərə elementli həmin oyun-tamaşa çox qısa olsa da, məzəli, əyləncəli və uşaqlar üçün maraqlı idi.
Yarandığı ilk illərdə müxtəlif qurumların nəzdində fəaliyyət göstərən kollektiv Nazirlər Sovetinin 1964-cü il 15 aprel tarixli qərarına əsasən dövlət statusunu bərpa edib. 1965-ci ildən Dənizkənarı Milli Parkda yerləşən teatrın repertuarında həm Azərbaycan, həm də dünya ədəbiyyatının nümunələri geniş yer alıb.
Azərbaycan Dövlət Kukla Teatrı ənənələrə sadiq qalmaqla yanaşı, yeniliklərə açıq yaradıcılıq xətti ilə ölkənin mədəni həyatında özünəməxsus yer tutur və tamaşaçılara nağıl dolu unudulmaz anlar yaşadır. Azərbaycan Dövlət Kukla Teatrından fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az

Mənbə
oxu.az