Dünya

Pezeşkian: "ABŞ-nin İranla bağlı mövqeyində dəyişiklik müşahidə olunur" - FOTO

21 Jun 2026, 14:44 1 baxış
Pezeşkian: "ABŞ-nin İranla bağlı mövqeyində dəyişiklik müşahidə olunur" - FOTO
İran Prezidenti Məsud Pezşekian Pul və Bank Siyasəti Konfransında İranla ABŞ arasında aparılan danışıqların nəticələrinə münasibət bildirib. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanallarına istinadən xəbər verir. Prezident qeyd edib ki, iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunun bütün müddəaları İranın maraqlarına uyğun şəkildə hazırlanıb və bu prosesin nəticələri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Pezeşkian çıxışında ABŞ-nin mövqeyində dəyişiklik müşahidə olunduğunu bildirərək, keçmişdə İrana qarşı sərt yanaşma sərgiləyən Prezident Donald Trampın son açıqlamalarında İran xalqının hüquqlarına istinad etdiyini deyib. O, İranın xaricdə dondurulmuş maliyyə aktivlərinə toxunaraq, Qətərdə saxlanılan altı milyard dollarlıq vəsaitin ölkəyə qaytarılacağını açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər