Dünya

Pakistan nümayəndə heyəti ABŞ-İran danışıqları üçün İsveçrəyə gedib

21 Jun 2026, 12:48 1 baxış
Pakistan nümayəndə heyəti ABŞ-İran danışıqları üçün İsveçrəyə gedib
Pakistanın Baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ və İran arasındakı danışıqlarda iştirak etmək üçün İsveçrəyə gedib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan hökumət başçısının ofisi məlumat yayıb. Qurumun məlumatına görə, Şərif Pakistan müdafiə qüvvələrinin komandanı feldmarşal Asim Munirlə birlikdə bazar günü Bürgenştokda keçiriləcək İslamabad qarşılıqlı anlaşma memorandumunun icrası üzrə yüksəksəviyyəli danışıqlarda iştirak edəcəklər. Xatırladaq ki, daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İsveçrəyə gedib.
Mənbə oxu.az

Oxşar Xəbərlər