Dünya

İranlı nazir ölkənin neft sektoru ilə bağlı gələcək planlardan danışıb

21 Jun 2026, 11:48 1 baxış
İranlı nazir ölkənin neft sektoru ilə bağlı gələcək planlardan danışıb
"Münaqişənin nizamlanmasından sonra İranın neft sənayesi investisiyalar üçün ən böyük sektora çevriləcək". Oxu.Az "Shana" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad bəyan edib. "Münaqişədən sonrakı dövrdə İranın neft sənayesi investisiya imkanlarının təqdim edilməsi, eləcə də qlobal iqtisadiyyat üçün texniki və maliyyə tərəfdaşlığı baxımından ən böyük meydana çevriləcək", - deyə o vurğulayıb. Nazir əlavə edib ki, İran yaxın vaxtlarda əməkdaşlıq təkliflərinə baxmağa və müqavilələrin bağlanmasına keçməyə hazırdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər