Dünya

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə gedib

21 Jun 2026, 10:12 2 baxış
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə gedib
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İsveçrəyə gedib. Oxu.Az bildirir ki, bu barədə CNN telekanalı vitse-prezidentin ofisinə istinadən xəbər yayıb. Uçuşdan əvvəl Vens İsveçrədə İran nümayəndə heyəti ilə aparılacaq danışıqlarda iki gündən artıq qalmamaq niyyətində olduğunu bəyan edib. İyunun 21-də İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ-nin, həmçinin vasitəçi dövlətlər olan Pakistan və Qətərin iştirakı ilə texniki danışıqlar başlayacaq. Görüşlərin qapalı formatda keçiriləcəyi gözlənilir. Vens daha əvvəl bildirmişdi ki, İsveçrədə ABŞ və İran arasındakı danışıqların əsas mövzuları İranın nüvə proqramı və Livandakı atəşkəs olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər