Dünya

ABŞ-nin İranın dondurulmuş aktivlərinin bir qismini hansı şərtlə qaytaracağı məlum oldu

21 Jun 2026, 09:48 2 baxış
ABŞ-nin İranın dondurulmuş aktivlərinin bir qismini hansı şərtlə qaytaracağı məlum oldu
Vaşinqton Administrasiyası İranın BMT müfəttişlərini öz nüvə obyektlərinə buraxmağa razı olacağına ümid edir. Oxu.Az "Axios" portalına istinadən xəbər verir ki, bunun müqabilində ABŞ Tehrana əvvəllər dondurulmuş aktivlərinin bir hissəsindən istifadə etmək imkanı verməyə hazırdır. Portalın mənbələrinin bildirdiyinə görə, ABŞ danışıqların ilk raundunun yekunu olaraq İranın BMT müfəttişlərini Birləşmiş Ştatlar və İsrail tərəfindən bombardman edilmiş nüvə obyektlərinə dəvət etməsini istəyir. "Bunun müqabilində ABŞ İrana dondurulmuş vəsaitlərinin bir hissəsinə, ilk növbədə Qətərdəki 6 milyard dollarlıq hesaba çıxış imkanı verməyə hazırdır", - deyə qeyd olunur. Portala daxil olan məlumatlara görə, İran tərəfi bu vəsaitləri ilkin tələbat mallarının satın alınması üçün istifadə edə bilər. Xatırladaq ki, ABŞ və İranın texniki məsləhətləşmələri iyunun 21-də Bürgenştokda baş tutacağı gözlənilir. Görüşdə Pakistan və Qətər nümayəndələri də iştirak edəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər