Dünya

Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz

21 Jun 2026, 05:31 4 baxış
Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz
Alimlər Günəşin gələcəkdə genişlənəcəyi mərhələdə Yer planetinin taleyi ilə bağlı əvvəlki hesablamaları yenidən nəzərdən keçiriblər. Yeni modelə əsasən, Yerin məhv olması qaçılmaz deyil. Oxu.Az xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb. Söhbət təxminən 5 milyard il sonra baş verə biləcək proseslərdən gedir. Həmin dövrdə Yer onsuz da yaşamaq üçün əlverişsiz vəziyyətə düşəcək. Bununla belə, planetin Günəş tərəfindən udulub-udulmayacağı məsələsi astrofizikanın mühüm müzakirə mövzularından biri olaraq qalır. Günəşin nüvəsində hidrogen ehtiyatı tükəndikdən sonra o, əvvəlcə "qırmızı nəhəng" mərhələsinə keçəcək, daha sonra isə AGB adlanan son genişlənmə fazasına daxil olacaq. Bu mərhələlərdə Günəşin ölçüsü kəskin şəkildə artacaq və daxili planetlərin taleyi müəyyənləşəcək. Alimlər hesablamalarında iki əsas prosesin qarşılıqlı təsirini nəzərə alıblar. Bir tərəfdən, Günəş genişləndikcə onun Yerlə cazibə-tidal qarşılıqlı təsiri güclənəcək və bu, planetin orbitinin dəyişməsinə səbəb ola bilər. Digər tərəfdən isə Günəş kütlə itirəcək və cazibə qüvvəsi zəiflədiyi üçün Yerin orbiti daha uzağa çəkilə bilər. Tədqiqatın müəllifi Mats Esselders bildirib ki, əgər tidal təsirlər üstünlük təşkil etsə, Yer Günəş tərəfindən udulacaq. Əgər üstünlük Günəşin kütlə itirməsi nəticəsində yaranan təsirə verilərsə, planet daha uzaq orbitə keçərək mövcudluğunu qoruya bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər