Dünya
Təsadüfi klik həyatı dəyişdi: Rusiyada təqaüdçü qadın 5 milyon rubl qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan təqaüdçü qadın təsadüfən lotereya reklamına daxil olub və nəticədə 5 milyon rubl (təxminən 116 min manat) məbləğində pul mükafatı qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, qadın əvvəllər də müxtəlif lotereya oyunlarında mütəmadi iştirak etdiyini bildirib. "Oyun oynayarkən ekranda qəfildən lotereya reklamı peyda oldu. Qadın təsadüfən oynamaq təklifinin üzərinə kliklədi və qarşısına çıxan ilk bileti aldı. Məhz bu kortəbii seçim ona böyük uduş qazandırdı", - deyə məlumatda qeyd olunub. Qalib qadın bildirib ki, əldə etdiyi vəsaiti evinin təmirinə və sağlamlığı ilə bağlı ehtiyaclarına sərf etməyi planlaşdırır. Bundan əlavə, o, qazandığı pulun bir hissəsini qızının toyuna hədiyyə etməyi düşünür.
Mənbə
oxu.az