Dünya

İrandan ABŞ-yə təhdid: "Yaxın Şərqə enerji təchizatını dayandıra bilərik"

21 Jun 2026, 01:48 1 baxış
İrandan ABŞ-yə təhdid: "Yaxın Şərqə enerji təchizatını dayandıra bilərik"
İranın ali dini rəhbərinin müşaviri Məhəmməd Moxber bəyan edib ki, Vaşinqton qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirməsə, Tehran Yaxın Şərqdə enerji təchizatını dayandıra bilər. Oxu.Az xəbər verir ki, Moxber bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Amerikalılar iqtisadiyyat və itkilər dilini daha yaxşı anlayırlar. Əgər razılaşma yalnız kağız üzərində qalarsa, Yaxın Şərq üzrə enerji təchizatı axınları dayandırılacaq", - deyə o bildirib. Moxber əlavə edib ki, İran tərəfini təmsil edən danışıqlar heyəti də ABŞ üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyənədək mövcud vəziyyətdən razı qalmayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər