Dünya
CENTCOM: "İran Hörmüz boğazına nəzarət etmir"
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və bölgədə gəmiçilik fəaliyyəti normal qaydada davam edir. Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Tim Hokins "Axios" portalının jurnalisti Barak Ravidə açıqlamasında bildirib. "İran Hörmüz boğazına nəzarət etmir. Gəmilərin hərəkəti davam edir və ABŞ qüvvələri vəziyyəti izləyərək bunun belə qalmasını təmin edir", - deyə Hokins vurğulayıb. Açıqlama Hörmüz boğazındakı vəziyyətlə bağlı müxtəlif iddiaların səsləndirildiyi bir vaxtda verilib. ABŞ hərbi rəsmisinin sözlərinə görə, beynəlxalq gəmiçilik marşrutu üzrə hərəkət fasiləsiz davam edir və bölgədəki vəziyyət nəzarət altında saxlanılır.
Mənbə
oxu.az