Dünya
Ukrayna-Polşa münasibətlərində yeni gərginlik: Zelenski ordeni geri göndərdi - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ona təqdim olunmuş "Ağ Qartal" ordenini Polşa Prezidenti Karol Navrotskiyə geri qaytarıb. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında paylaşım edib. Zelenski paylaşımına poçt şöbəsində çəkilmiş fotoları da əlavə edib. O bildirib ki, 2023-cü ildə həmin ordenin, əslində, Ukrayna xalqına və ölkənin Silahlı Qüvvələrinə təqdim edildiyi hesab olunurdu. Ukrayna Prezidenti qeyd edib ki, Polşanın ali dövlət mükafatının müxtəlif tarixi şəxsiyyətlərdə, o cümlədən II Yekaterina, Benito Mussolini və Gerhard Şröderdə qalması ilə bağlı qərara Kiyev etiraz etməyəcək. Zelenski vurğulayıb ki, Ukrayna Polşa xalqının göstərdiyi dəstəyi və əməkdaşlığı yüksək qiymətləndirir, eyni zamanda iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etdirilməsində maraqlıdır. Qeyd edək ki, bundan əvvəl Polşa Prezidenti Karol Navrotski tarixi məsələlərlə bağlı fikir ayrılıqları fonunda Zelenskini ölkənin ali ordenlərindən birindən məhrum etmişdi. Bundan sonra Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Polşanın dövlət mükafatından imtina etdiyini açıqlamışdı.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az