Dünya

Argentinada gənc futbolçu meydanda oyun zamanı öldü

20 Jun 2026, 18:00 3 baxış
Argentinada gənc futbolçu meydanda oyun zamanı öldü
Argentinada futbol matçı gedişatında sinə nahiyəsindən top zərbəsi alan 14 yaşlı oyunçu həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "Need to know" nəşri məlumat dərc edib. Məlumata görə, bədbəxt hadisə iyunun 16-da baş verib. 14 yaşlı Benyamin Valentin Donofrio La-Banda şəhərinin "Klub Atletiko Sarmiyento" komandasında çıxış edirdi. Nəşr yazır ki, həvəskar matç zamanı gənc sinəsindən güclü top zərbəsi alıb - o, qışqıraraq qazona yıxılıb, bir neçə saniyədən sonra ayağa qalxıb, lakin sonra yenidən müvazinətini itirərək yerə yıxılıb. Bundan qısa müddət sonra gənc futbolçuda qıcolma halları müşahidə olunub. Tibb müəssisəsinə aparılan zaman yeniyetmənin nəfəsalması və ürək döyüntüləri dayanıb. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mütəxəssislərin qənaətinə görə, Donofrio tibdə nadir və olduqca riskli hal sayılan "ürək silkələnməsi" ilə üzləşib - bu vəziyyətdə döş qəfəsinin sol tərəfinə dəyən kəskin zərbə ürək ritminin anidən pozulması ilə nəticələnir. "Need To Know" nəşrinin xüsusi olaraq vurğuladığına görə, belə hallarla (ürək silkələnməsi) əsasən aktiv idmanla məşğul olan şəxslər rastlaşırlar. Hüquq-mühafizə orqanları gəncin əvvəllər hər hansı digər xəstəliyinin və ya sağlamlıq probleminin olub-olmamasını dəqiqləşdirmək məqsədilə tibbi ekspertiza təyin edib. Xatırladaq ki, bir müddət əvvəl eyni nəşr Türkiyədə də analoji hadisənin yaşandığını, futbol oynayarkən sinəsindən top zərbəsi alan 49 yaşlı kişinin ürəyinin dayandığını xəbər vermişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər