Dünya

Kamçatkada daha bir güclü zəlzələ oldu

20 Jun 2026, 10:30 12 baxış
Kamçatkada daha bir güclü zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsində 5.7 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Seysmik hadisə Petropavlovsk-Kamçatsk şəhərindən 165 kilometr aralıda olub. Yeraltı təkanların ocağı 17 kilometr dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib. Qeyd edək ki, dünən Kamçatka bölgəsinin akvatoriyasında maqnitudası 3.7-6.9 arasında dəyişən bir neçə zəlzələ qeydə alınmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər