Dünya

BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb

20 Jun 2026, 01:20 2 baxış
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
İyunun 17-19-da Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında BMT İqtisadi və Sosial Şurasının Humanitar Məsələlər üzrə Seqmentinin (HAS) iclası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliiyinin "X" hesabında bildirilib. Ümumi müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti çıxış edərək HAS-ın BMT-nin humanitar fəaliyyətinə dair dialoqun inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi ilə əməkdaşlıq və dövlət qurumları tərəfindən göstərilən ikitərəfli yardım vasitəsilə qlobal humanitar səylərə fəal töhfə verir. Bəyanatda qeyd olunub ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan humanitar yardım alan ölkədən donor ölkəyə çevrilməyi uğurla bacarıb. Bununla yanaşı, münaqişədən sonrakı dövrdə ölkənin üzləşdiyi humanitar problemlərin, xüsusilə qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin, genişmiqyaslı dağıntıların, itkin düşmüş şəxslər probleminin və mina çirklənməsinin hələ də aktual olaraq qaldığı diqqətə çatdırılıb. Azərbaycan humanitar ehtiyacların qarşılanması və heç kimin diqqətdən kənarda qalmamasının təmin edilməsi üçün çoxtərəfli əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinin vacibliyinə sadiq olduğunu bir daha bəyan edib.
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
Mənbə oxu.az

Oxşar Xəbərlər