Dünya

Slovakiya miqrant qəbul etməkdən imtinaya görə dörd milyon avro ödəyəcək

19 Jun 2026, 22:12 2 baxış
Slovakiya miqrant qəbul etməkdən imtinaya görə dörd milyon avro ödəyəcək
"Slovakiya 2026-cı ildə Avropa İttifaqının miqrasiya paktı çərçivəsində miqrant qəbul etməkdən imtina etdiyinə görə təxminən dörd milyon avro ödəyəcək". Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso jurnalistlərə açıqlamasında deyib. "Hökumətimiz bu miqrasiya paktını yaxşı təşəbbüs hesab etmir. Müqavimətimizə baxmayaraq, təəssüf ki, sənəd qüvvəyə minib. Bizim üçün bu məbləği ödəmək 2026-cı ildə təxminən 200 nəfər miqrant qəbul etməkdən daha yaxşıdır", - deyə Slovakiya hökumətinin başçısı vurğulayıb. Avropa İttifaqının miqrasiya paktına əsasən, üzv ölkələr miqrant qəbulundan imtina etdikləri halda hər bir miqrant üçün 20 min avro ödəməlidirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər