Dünya
Astronomlar qalaktikaların birində qeyri-adi kosmik atəşfəşanlıq aşkarladılar - FOTO
Astronomlar Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Çandra" rentgen rəsədxanasının köməyi ilə Yer kürəsindən 15 milyon işıq ili məsafədə yerləşən "Messier 83" (M83) qalaktikasındakı fövqəlnova (supernova) qalıqlarında qeyri-adi aktivlik aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Popular Science" jurnalı məlumat yayıb. Alimlər 14 illik teleskop müşahidələrini təhlil edərkən, əvvəllər isti qaz buludlarının tədricən söndüyü düşünülən obyektlərdə rentgen şüalanmasının gözlənilməz dalğalanmalarını aşkar ediblər. Tədqiq edilən 22 fövqəlnova qalığının təxminən yarısında atəşfəşanlığı xatırladan kəskin parlaqlıq dəyişiklikləri müşahidə olunub.
Alimlər bu fenomeni izah etmək üçün iki əsas fərziyyə irəli sürüblər: Birinci versiyaya görə, partlayışlar sağ qalan tərəfdaş ulduzların mövcudluğu ilə bağlıdır. Belə ki, ikili sistemlərdə ulduzlardan birinin partlamasından sonra yaranan qara dəlik və ya neytron ulduzu, cütlüyün sağ qalan üzvündən maddəni özünə çəkməyə başlayır. İkinci nəzəriyyəyə əsasən, kompakt obyekt (neytron ulduzu və ya qara dəlik) supernovanın ilkin partlayışı zamanı kosmosa atılan materialın bir hissəsini geriyə, özünə doğru udur. Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu cür sistemlər intensiv ulduz əmələgəlmə prosesi gedən qalaktikaların xarakterik xüsusiyyəti ola bilər. Oxşar dəyişkən mənbələr daha əvvəl qonşu M51 qalaktikasının tədqiqi zamanı da müşahidə olunub. Astronomların fikrincə, hər iki mexanizm müxtəlif obyektlərdə eyni vaxtda işləyə bilər.

Mənbə
oxu.az