Dünya
Ər-Riyadda beynəlxalq hava limanı ballistik raketlə vuruldu
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatını təmsil edən husilər Səudiyyə Ərəbistanının paytaxtında yerləşən beynəlxalq hava limanına zərbə endiriblər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların sözçüsü Yəhya Sariya məlumat yayıb. "Bu günlərdə silahlı qüvvələrimiz tərəfindən Ər-Riyadda fəaliyyət göstərən Kral Xalid adına hava limanına ballistik raketlə hücum edilib", - deyə o, özünün "Telegram" kanalında bildirib. Y.Sariyanın iddialarına əsasən, hədəfə dəqiq zərbə nəticəsində hava limanının fəaliyyəti dayandırılıb. Xatırladaq ki, ötən gün husilər Səudiyyə Ərəbistanı ərazisindəki aeroportlara, neft obyektlərinə və hərbi bazalara zərbələr endirdiklərini açıqlamışdılar.
Mənbə
oxu.az