Dünya

İran və ABŞ İsveçrədə birbaşa danışıqlarda nələri müzakirə edəcəklər?

18 Jun 2026, 18:12 1 baxış
İran və ABŞ İsveçrədə birbaşa danışıqlarda nələri müzakirə edəcəklər?
İran və ABŞ nümayəndə heyətləri iyunun 19-da İsveçrədə ilk birbaşa danışıqlar raundunu keçirəcəklər. Görüşdə texniki məsələlər, o cümlədən İranın nüvə proqramı müzakirə olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı özəl mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, tərəflər Tehranın nüvə proqramı ilə bağlı siyasi aspektləri, anti-İran sanksiyalarının ləğvi və İslam Respublikasının aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı hüquqi məsələləri müzakirə edəcəklər. Həmçinin Livan və "Hizbullah" hərəkatının fəaliyyəti ilə bağlı məsələlərə də baxılacaq. Qeyd olunur ki, görüşlər Sürixdə keçirilə bilər. Telekanalın mənbələri bildirir ki, danışıqlarda Qətər və Pakistan nümayəndələri də iştirak edəcəklər. Bəzi görüşlərə Türkiyə və Səudiyyə Ərəbistanı təmsilçiləri də qatılacaqlar. Bundan əvvəl "Reuters" agentliyi İsveçrə XİN-ə istinadən yazmışdı ki, ABŞ və İran iyunun 19-da Bürgenştokda əldə olunan razılaşmanın icrası üzrə ilkin danışıqlar aparacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər