Dünya

Yəmənli nazir: "İqtisadi sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq istəyirik"

18 Jun 2026, 17:16 3 baxış
Yəmənli nazir: "İqtisadi sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq istəyirik"
"Yəmən və Azərbaycan arasında əməkdaşlıq üçün potensial istiqamətlər mövcuddur". Bu fikirləri Oxu.Az-a açıqlamasında Yəmən Respublikasının Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq naziri Afrah Al-Zouba İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində bildirib. O qeyd edib ki, Azərbaycanda gördüyü inkişaf və rifah fonunda təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir: "Yəmən hazırda çətin dövrdən keçir. Xüsusilə iqtisadi sahədə Azərbaycanın təcrübəsindən faydalanmağı çox istərdik. Gələcəkdə burada aidiyyəti qurumlarla bu məqsədə nail olmaq üçün necə əməkdaşlıq edə biləcəyimizə dair müzakirə aparmağı səbirsizliklə gözləyirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər