Mədəniyyət
Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA
Bakı sakinlərinin və şəhərin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün 15-21 iyun tarixləri aralığında paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Oxu.Az bu həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edir: Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: İyunun 17-də saat 19:00-da Vilyam Şekspirin "Kral Lirin faciəsi" tamaşası olacaq. Ekzistensial faciə janrında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Şota Rustaveli adına Gürcüstan Milli Teatrının Baş rejissoru David Sakvarelidzedir. Biletlərin qiyməti 10-50 manatdır.
İyunun 18-də saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Biletlərin qiyməti 8-15 manatdır.
İyunun 19-da saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası oynanılacaq. Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 10-25 manat.
İyunun 20-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti 8-15 manatdır.
İyunun 21-də saat 19:00-da "LƏNG: Zamanla yarışan insan" tamaşası nəzərdə tutulub. Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur. Biletlərin qiyməti: 10-25 manat.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində: İyunun 20-də saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir. Biletlərin qiyməti 10 manatdır.
İyunun 21-də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur. Biletlərin qiyməti 10-15 manatdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında: İyunun 19-da saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı "Leyli və Məcnun" tamaşası olacaq. Quruluşçu rejissor və libretto müəllifi Samir Qulamovdur. Biletlərin qiyməti: 8-15 manat.
İyunun 20-də saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər" musiqili dramı baş tutacaq. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur. Biletlərin qiyməti: 10-20 manat.
İyunun 21-də saat 19:00-da türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşası olacaq. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir. Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): İyunun 19-da saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klass" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Biletlərin qiyməti: 5-15 manat.
İyunun 20-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci akt" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur. Biletlərin qiyməti 5-15 manatdır.
İyunun 21-də saat 19:00-da "P.A.N.D.A." tamaşası (quruluşçu rejissor Mikayıl Mikayılov) oynanılacaq. Biletlərin qiyməti: 5-15 manat.
Heydər Əliyev Sarayı: İyunun 21-də saat 19:00-da Patrik Zuskinin "Parfümer" xoreodrama tamaşası. Tamaşanın quruluşçu rejissor Oksana Rəsulovadır. Biletlərin qiyməti 15-120 manat.

Mənbə
oxu.az