Digər

Uitkoffla Kuşner Rusiyaya gələcək - Lavrov

15 Jun 2026, 15:23 27 baxış
Uitkoffla Kuşner Rusiyaya gələcək - Lavrov

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner yaxın vaxtlarda Rusiyaya səfər edəcəklər.


Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.


“Əlbəttə, ümid edirik ki, onlar amerikalıların tamamilə öz təklifləri əsasında əldə edilmiş razılaşmaları necə həyata keçirməyi planlaşdırdıqları barədə məlumat verəcəklər”, - o bildirib.


Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iyunun 14-də ABŞ prezidentinin xüsusi nümayəndələrinin Rusiyaya növbəti səfərinin razılaşdırıldığını açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər