Mədəniyyət

İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı - FOTO

15 Jun 2026, 07:34 2 baxış
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı - FOTO
Arxeoloqlar İrlandiyada ölkə tarixində ən böyük vikinq yaşayış məskəni ola biləcək ərazi aşkar ediblər. Adanın cənub-şərqində yerləşən Vudstaun ərazisində aparılan qazıntılar zamanı min ildən çox əvvəl hakimiyyət və ticarət mərkəzi kimi istifadə olunduğu ehtimal edilən nəhəng tikilinin qalıqları üzə çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə "Arkeonews" məlumat yayıb. Tədqiqatlar Suir çayının sahilində, Uoterford şəhəri yaxınlığında aparılır. İrlandiya və Norveçdən olan beynəlxalq arxeoloqlar qrupu əvvəllər geofiziki tədqiqatlar vasitəsilə müəyyən edilmiş iri tikilini araşdırır. İlkin ehtimallara görə, söhbət vikinqlər dövrünə aid uzun evdən və ya böyük toplantı zalından gedir. Vudstaun yaşayış məskəni 2003-cü ildə dairəvi avtomobil yolunun tikintisinə hazırlıq zamanı aşkar olunub. İlk tapıntılardan sonra arxeoloji abidəni qorumaq məqsədilə magistral yolun marşrutu dəyişdirilib. Alimlərin fikrincə, Vudstaun təxminən eramızın 850-950-ci illərində mövcud olub və çay sahilində yerləşən möhkəmləndirilmiş vikinq məskəni kimi fəaliyyət göstərib. Sonrakı əsrlərdə müasir şəhərlərə çevrilən Dublin və Uoterforddan fərqli olaraq, bu ərazi tikinti işlərinə məruz qalmadığından demək olar ki, toxunulmaz vəziyyətdə qorunub saxlanılıb. Əvvəlki qazıntılar zamanı burada müdafiə xəndəkləri, sənətkarlıq fəaliyyətinin izləri, ticarət artefaktları və silahlarla birlikdə dəfn olunmuş yüksəkrütbəli döyüşçünün məzarı aşkar edilmişdi. Yeni tapıntı isə yaşayış məskəninin əvvəl düşünüləndən daha böyük və daha yaxşı təşkilatlanmış olduğunu göstərir. Tədqiqatçıların sözlərinə görə, vikinq dövründə bu cür zallar yalnız yaşayış yeri kimi istifadə olunmurdu. Onlar, həmçinin toplantıların keçirilməsi, ticarət əməliyyatları, qiymətli əşyaların saxlanması, sənətkarlıq fəaliyyəti və siyasi danışıqlar üçün xidmət edirdi. Yaşayış məskəninin miqyasını digər tapıntılar da təsdiqləyir. Vudstaunda gümüşün çəkilməsi üçün istifadə olunan tərəzi daşları, metalın əridilməsi üçün qurğular və metal emalının izləri aşkar edilib. Bu isə yerli əhalinin İrlandiya dənizini və Şimali Avropanı əhatə edən geniş vikinq ticarət şəbəkəsinin bir hissəsi olduğunu göstərir.
{{gallery}}
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı - FOTO İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı - FOTO İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər