Dünya

Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı

14 Jun 2026, 15:36 2 baxış
Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı
Cənubi Koreya alimləri 2 000 ildir itmiş hesab edilən əfsanəvi qızılı parçanı yenidən yaradıblar. Oxu.Az xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri yazıb. Əsrlərboyu bisson kimi tanınan parıltılı qızılı parça dünyanın ən eksklüziv dəbdəbə materiallarından biri hesab olunub və yalnız imperatorlar, papalar və digər nüfuzlu şəxslər üçün nəzərdə tutulub. Bu yaxınlarda Cənubi Koreyanın Pohanq Elm və Texnologiya Universitetinin professorları Donq Su Hvanq və Cimin Çoyun rəhbərlik etdiyi tədqiqat qrupu "Atrina pectinata" növündən olan mollyusklardan istifadə etməklə bissona bənzər qızılı lif hazırlayıb. Alimlər, həmçinin bu lifin qızılı rənginin zaman keçdikcə niyə solmadığını izah ediblər. Qədim Roma imperiyası dövründə material nəcib pinna adlanan mollyuskun istehsal etdiyi bissus saplarından hazırlanırdı. Son onilliklərdə dəniz mühitinin çirklənməsi və ekoloji vəziyyətin pisləşməsi nəticəsində nəcib pinna yox olmaq təhlükəsi ilə üzləşib. Buna görə də Avropa İttifaqı bu mollyuskun ovlanmasını tamamilə qadağan edib. Nəticədə orijinal bisson son dərəcə nadir materiala çevrilib. Alternativ mənbə axtaran tədqiqatçılar müəyyən ediblər ki, nəcib pinnanın bissus sapları fiziki və kimyəvi xüsusiyyətlərinə görə "Atrina pectinata" liflərinə çox bənzəyir. Bu oxşarlıq əsasında onlar bissonun görünüşünü yenidən yaradan materialın hazırlanması üsulunu işləyib hazırlayıblar. Alimlər müəyyən ediblər ki, rəng boyalar hesabına deyil, struktur rənglənməsi adlanan hadisə nəticəsində yaranır. Bu zaman mikroskopik strukturlar işıqla qarşılıqlı təsirə girərək rəng əmələ gətirir.
{{gallery}}
Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər