Dünya
ABŞ-İran sazişi bir addımlıqda: Qətər nümayəndələri Tehrana getdilər
Qətərli vasitəçilər ABŞ ilə İran arasında münaqişənin başa çatdırılmasına yönəlmiş sazişin yekunlaşdırılması məqsədilə Tehrana yola düşüblər. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, diplomatlar səhər saatlarında İranın paytaxtı Tehrana çatıblar. Agentliyin yazdığına görə, üç aydan artıqdır davam edən gərginliyin sona çatmasını nəzərdə tutan saziş artıq iyunun 14-də imzalana bilər. Bundan əvvəl ABŞ və Pakistan liderləri də mümkün razılaşma ilə bağlı açıqlamalar veriblər. Bununla yanaşı, Tehran sazişin imzalanma vaxtı ilə bağlı müəyyən ehtiyatlı mövqe sərgiləyərək şübhələrini ifadə edib.
Mənbə
oxu.az