Dünya

ABŞ-də qırıcı təyyarə qəzaya uğrayıb - VİDEO

14 Jun 2026, 09:36 3 baxış
ABŞ-də qırıcı təyyarə qəzaya uğrayıb - VİDEO
ABŞ-nin Vaşinqton ştatı ərazisində hərbi təyyarə qəzaya uğrayıb. Söhbət təlim uçuşu həyata keçirən "F/A-18 Hornet" qırıcı təyyarəsindən gedir. Oxu.Az NBC telekanalına istinadən xəbər verir ki, qəzadan sonra ştatın meşəlik hissəsində yanğın başlayıb.
Pilot xilas olmağı bacarıb. O, yüngül xəsarətlər alıb. Hüquq-mühafizə orqanları hadisəni dərindən araşdırmaq niyyətindədirlər. "Bəyanatda günorta vaxtı Kaliforniyadakı "Miramar" dəniz piyadaları korpusunun aviabazasında dislokasiya olunmuş "F/A-18 Hornet" təyyarələrindən birinin iştirakı ilə baş vermiş qəzadan bəhs edilir", - deyə məlumatda bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər