Dünya

Almaniyada demoqrafik böhran: Növbəti 10 ildə dörd milyondan çox işçi çatışmazlığı yarana bilər

14 Jun 2026, 01:32 3 baxış
Almaniyada demoqrafik böhran: Növbəti 10 ildə dörd milyondan çox işçi çatışmazlığı yarana bilər
Almaniyada 2036-cı ilə qədər işçi qüvvəsi çatışmazlığının təxminən 4,3 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə "Rheinische Post" nəşri Almaniya İqtisadiyyat İnstitutuna istinadən məlumat yazıb. İnstitut Almaniyada əmək bazarı ilə bağlı əvvəlki proqnozlarını mənfi istiqamətdə yeniləyib. İki il əvvəl pensiyaya çıxmağa hazırlaşan "baby-boom" nəslinin nümayəndələri ilə əmək bazarına yeni daxil olanlar arasındakı fərqin təxminən iki milyon nəfər olacağı hesablanırdı. Yeni hesablamalara əsasən isə bu fərq 2036-cı ildə təxminən 4.3 milyon işçiyə çata bilər. Mütəxəssislər bunu əhalinin qocalması, miqrant axınının azalması və demoqrafik geriləmə ilə izah edirlər. Eyni zamanda qeyd olunur ki, iqtisadi artımın zəifləməsi və əmək bazarındakı problemlər səbəbindən potensial miqrantların Almaniyaya köçmək marağı da azalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər