Dünya
Türkiyədə məşhurlara qarşı əməliyyat: Tanınmış aktrisanın narkotik istifadə edərkən görüntüsü ortaya çıxdı - FOTO
Türkiyədə İstanbul Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqında tanınmış aktrisa Melisa Döngelə məxsus rəqəmsal materialların kriminal araşdırması başa çatıb. Əldə edilən məlumatlar və telefon qeydləri genişmiqyaslı əməliyyat qovluğuna yeni dəlillər olaraq əlavə edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sabah" nəşri yazıb. Məlumata görə, İstanbul Jandarm Komandanlığı tərəfindən hazırlanan hesabat Melisa Döngelin rəqəmsal materiallarında narkotik maddə dövriyyəsinə dair konkret dəlillərin olduğunu ortaya qoyub. Aktrisanın narkotik istifadə etdiyi zaman çəkilmiş fotosu isə sensasiyaya səbəb olub. Məhkəmə qərarı ilə aparılan araşdırmalar zamanı telefonun qalereyası, mesajları və sosial media hesabları hərtərəfli araşdırılıb. Narkotik və stimullaşdırıcı maddələrin istifadəsini və saxlanmasını sübut edən çoxsaylı fotoşəkillər və ekran görüntüləri tapılıb. Fotolar arasında narkotik maddə istifadəsinə hazırlıqları göstərən, boşqab üzərində rulon şəklində bükülmüş pulun olduğu görüntülər də var. Həmçinin Melisa Döngelin üzünün də açıq şəkildə göründüyü və narkotik maddədən istifadə edərkən çəkilmiş olduğu qiymətləndirilən fotolar rəqəmsal dəlil kimi qeydə alınıb.
Qalereyada eyni zamanda kokain və marixuana olduğu güman edilən maddələrin yaxından çəkilmiş fotoşəkilləri də olub. Faktla bağlı istintaq işləri davam etdirilir. Xatırladaq ki, İstanbulda məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində saxlanılan Melisa Döngelin narkotik test nəticələri müsbət çıxmış, aktrisanın kokain istifadə etdiyi məlum olmuşdu.
{{gallery}}

Mənbə
oxu.az