Dünya
Meksikada şəhər meri qətlə yetirildi
Meksikanın Oaxaka ştatında yerləşən San-Migel-Amatitlan bələdiyyəsinin sədri Xoel Anxel Bravo Martines silahlı şəxslər tərəfindən qətlə yetirilib. Oxu.Az xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb. Hadisə iyunun 13-də səhər saatlarında baş verib. Bir qrup silahlı şəxs 53 yaşlı merin evinə daxil olaraq onu güllələyib. Hadisə ilə bağlı Oaxaka ştatının prokurorluğu araşdırmaya başlayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər