Mədəniyyət
Flora Kərimova xəstəxanaya yerləşdirildi, müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, sənətkarın müalicə prosesi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb. Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər