Dünya

"Qarabağ" Portuqaliyadan yeni transferə HAZIRLAŞIR - FOTO

13 Jun 2026, 17:56 2 baxış
"Qarabağ" Portuqaliyadan yeni transferə HAZIRLAŞIR - FOTO
"Qarabağ" futbol klubu Portuqaliyanın "Kaza Piya" komandasından 26 yaşlı mərkəz müdafiəçisi Joau Qulartı transfer etməkdə israrlıdır. Oxu.Az xəbər verir ki, belə bir iddia ilə "SAPO" portalı çıxış edib. Bildirilib ki, Alvaro Paçekonun komandaya gəlişindən bəri mütəmadi olaraq ilk onbirlikdə yer alan Joau Qulart bir sıra xarici klubların, xüsusən də "Qarabağ" komandasının diqqətini özünə cəlb etməyi bacarıb. Qeyd edilib ki, Azərbaycan təmsilçisi müqavilə müddəti 2027-ci ilə qədər davam edəcək 26 yaşlı mərkəz müdafiəçisi ilə daha əvvəl də yaxından maraqlanıb. Məhz buna görə də klub rəhbərliyi onun bu yay baş tuta biləcək transferinə olduqca müsbət yanaşır.
"Qarabağ" Portuqaliyadan yeni transferə HAZIRLAŞIR - FOTO "Qarabağ" Portuqaliyadan yeni transferə HAZIRLAŞIR - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər