Dünya
Seyid Əli Xameneinin dəfn tarixi açıqlandı
İranın mərhum ali rəhbəri Seyid Əli Xamenei üçün vida və dəfn mərasimlərinin proqramı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Sabreen news" məlumat yayıb. Bildirilib ki, vida mərasimləri 2026-cı il iyulun 4-5-də Tehrandakı İmam Xamenei namazgahında keçiriləcək. İyulun 6-da Tehranda dəfn yürüşü təşkil olunacaq. Mərasimlərin növbəti mərhələsi iyulun 7-də Qum şəhərində baş tutacaq. Proqrama əsasən, iyulun 9-da Məşhəd şəhərində dəfn yürüşü keçiriləcək və dəfn mərasimi İmam Rzanın hərəminin yaxınlığında həyata keçiriləcək.
Mənbə
oxu.az