Dünya

İranla ABŞ arasında sülh sazişinin ANONSU VERİLDİ: Kritik 24 saat - FOTO

13 Jun 2026, 15:54 2 baxış
İranla ABŞ arasında sülh sazişinin ANONSU VERİLDİ: Kritik 24 saat - FOTO
"İran ilə ABŞ arasında sülh sazişi 24 saat ərzində imzalana bilər". Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın Baş nazir Şahbaz Şərif "X" hesabında məlumat yayıb. "Biz sülh müqaviləsinə heç vaxt olmadığı qədər yaxınıq. Sazişin yaxın 24 saat ərzində yekunlaşdırılması gözlənilir və Pakistan dərhal sonra sülh müqaviləsinin elektron qaydada imzalanmasına hazırlaşır. Bunun ardınca isə gələn həftə texniki səviyyədə danışıqlar baş tutacaq. Bu tarixi sülh sazişinin davamlı sülh üçün güclü bir təməl formalaşdıracağına əminliyimiz tamdır", - deyə Ş.Şərif paylaşımında qeyd edib. Baş nazir danışıqlar zamanı nümayiş etdirdikləri davamlı sadiqliyə görə Amerika Birləşmiş Ştatlarına və İran İslam Respublikasına təşəkkürünü bildirib.
İranla ABŞ arasında sülh sazişinin ANONSU VERİLDİ: Kritik 24 saat - FOTO İranla ABŞ arasında sülh sazişinin ANONSU VERİLDİ: Kritik 24 saat - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər