Dünya

Hindistanda hərbi təyyarə qəzaya uğrayıb - FOTO - VİDEO

13 Jun 2026, 12:10 3 baxış
Hindistanda hərbi təyyarə qəzaya uğrayıb - FOTO - VİDEO
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "An-32" hərbi-nəqliyyat təyyarəsi ölkənin şimal-şərqində yerləşən Assam əyalətindəki "Corhat" aviabazasında eniş edərkən qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Times of İndia" məlumat yayıb.
Ölən və yaralananlar barədə hələlik rəsmi məlumat verilmir. Hadisə yerinə xilasedici qruplar cəlb olunub və müvafiq tədbirlər həyata keçirilir. Hindistan Hərbi Hava Qüvvələrindən bildirilib ki, qəzanın səbəblərini və təfərrüatını dərindən araşdırmaq məqsədilə xüsusi istintaq komissiyası yaradılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər