Dünya

BƏƏ İranın milyardlarla dollarını qaytarır?

13 Jun 2026, 11:40 3 baxış
BƏƏ İranın milyardlarla dollarını qaytarır?
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) "Reuters" agentliyinin dondurulmuş aktivlərdən İrana maliyyə vəsaitlərinin köçürülməsi barədə yaydığı məlumatı qətiyyətlə təkzib edib. Oxu.Az xəbər verir ki, bu barədə ərəb dövlətinin xarici siyasət idarəsinin rəsmi bəyanatında bildirilir. "BƏƏ bəzi beynəlxalq kütləvi informasiya vasitələrində BƏƏ-dən İran İslam Respublikasına hər hansı maliyyə vəsaitinin, o cümlədən 3 milyard dolların köçürülməsi və ya ötürülməsi ilə bağlı yayılan məlumatları qəti şəkildə rədd edir. Bu iddialar həqiqətə uyğun deyil və heç bir fakta və ya etibarlı məlumata əsaslanmır. Heç bir dondurulmuş İran aktivi blokdan çıxarılmayıb, BƏƏ vasitəsilə köçürülməyib ", - deyə BƏƏ XİN-in bəyanatında vurğulanır. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti İranın əvvəllər dondurulmuş ən azı 10 milyard dollar həcmindəki aktivlərini sərbəst buraxmağa qərar verib. Əbu-dabi artıq bu vəsaitin təxminən üç milyard dollarını İslam Respublikasına təhvil verib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin mənbələrinin bildirdiyinə görə, aktivlərin azad edilməsi ilə bağlı addım İranın BƏƏ-yə endirdiyi zərbələri dayandırması şərti ilə atılıb. Qeyd olunub ki, Əmirliklər gələcəkdə 20 milyard dollara qədər vəsaiti sərbəst buraxa bilər. Əmirliklərin rəsmi şəxslərindən biri vurğulayıb ki, dövlət rəhbərliyi regionda gərginliyin azaldılmasına və sülhün bərqərar olmasına töhfə vermək niyyətindədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər