Dünya

Trampın göstərişi ilə "Tren de Aragua" terror qruplaşmasının lideri məhv edildi - VİDEO

13 Jun 2026, 09:08 10 baxış
Trampın göstərişi ilə "Tren de Aragua" terror qruplaşmasının lideri məhv edildi - VİDEO
"Tren de Aragua" cinayətkar qruplaşmasının rəhbəri məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" şəbəkəsində məlumat yayıb.
O bəyan edib ki, ABŞ ordusu əməliyyatı onun göstərişi ilə Venesuela tərəfi ilə birgə həyata keçirib. "Mənim əmrimlə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının endirdiyi ildırımsürətli zərbə ilə dünyanın ən qəddar terror təşkilatlarından biri olan "Tren de Aragua"nın bədnam rəhbəri Nino Qerrero uğurla zərərsizləşdirildi. Bu addım çox yaxşı əməkdaşlıq etdiyimiz Venesueladakı dostlarımızla sıx koordinasiya şəraitində atılıb ", - deyə o, platformasında yazıb. O, həmçinin qeyd edib ki, əvvəllər sözügedən qruplaşmanı ABŞ-nin terror təşkilatları siyahısına daxil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər