Dünya

ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO

13 Jun 2026, 04:00 2 baxış
ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO
Pentaqon naməlum uçan obyektlərin (UNO) uçuşları barədə əvvəllər məxfi saxlanılan sənədlərin üçüncü hissəsini dərc edib. "RBC"yə istinadən xəbər verir ki, fayllar Pentaqonun "naməlum anomal hadisələr"ə həsr olunmuş xüsusi veb-səhifəsində yerləşdirilib. Pentaqon ümumilikdə "naməlum anomal hadisələr" adı altında 72 fayl dərc edib. Bu fayllarda şahid ifadələri, kadrlar və rəsmlər yer alır. Məsələn, dərc olunmuş fayllar arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1955-ci ilin noyabrına aid olan və "uçan boşqablar"ın Budapeşt ilə Moskva arasında mümkün hərəkəti barədə məruzəsi var. Sənəd əslən Macarıstandan olan ABŞ vətəndaşının ifadələrinə əsaslanır. Məruzədə qeyd olunur ki, həmin şəxs Budapeştdəki bacısı qızından səmada sürətlə uçan UNO-lar haqqında bəhs edən məktub alıb. "Uçan boşqablar" (raketlər) adlandırılan obyektlər bir neçə həftə ərzində insanları gərginlikdə saxlayıb. "Bu çox sürətli uçan obyektlər elmi dairələri ciddi şəkildə məşğul edib. Əminəm ki, qəzetlərdən artıq oxumusunuz: bu obyektlərin sürəti saatda 12 000 km kimi qiymətləndirilirdi", - deyə məruzədə bildirilir. Məlumata obyektlərin düzülüşünü və Moskva ilə Budapeşt arasındakı ehtimal olunan hərəkət istiqamətini göstərən rəsm də əlavə edilib.
Həmçinin fayllardan birində 2025-ci ilin iyuluna aid olan və öz arxa həyətlərinin ortasında parlaq işıq görən iki şahidlə müsahibə yer alıb. Bununla belə, onların adları və yaşayış yerləri açıqlanmır. Hesabata görə, şahidlərdən biri "heç vaxt bu qədər qırmızı bir şey görmədiyini" bəyan edib.
Materialda qeyd olunur ki, diametri təxminən bir metr olan qırmızı sferanın mərkəzində basketbol topu ölçüsündə "ağ plazma günəşi" olub. Sonradan şahidlər birinci ilə əlaqəli olduğu anlaşılan ikinci şar da görüblər. Müsahibədə digər naməlum sferalar barədə məlumatlara da toxunulub. FTB-nin hesabatında deyilir: "Bu müşahidə az məskunlaşmış və yaxşı tanınan bir rayonda, "Üçbucaqlı sferalar", "Fırlanan qırmızı sferalar" və "Göl üzərindəki sferalar"ın təkrarlandığı yerlərdən 25 mil (40 km) radiusda baş verib".
Xatırladaq ki, Pentaqon UNO-lar barədə sənədləri ilk dəfə mayın 8-də dərc etmişdi. Sənədlərin ikinci hissəsi isə mayın 22-də işıq üzü görmüşdü.
{{gallery}}
ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi - FOTO
Mənbə oxu.az