Dünya
Vaşinqtonun mövqeyi qəti oldu: İrana güzəşt yoxdur
"İran təkcə ABŞ ilə saziş imzaladığına və ya danışıqlarda iştirak etdiyinə görə heç bir maliyyə vəsaiti əldə etməyəcək". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens "X" platformasında yazıb. "İranlılar heç bir pul almayacaqlar və yalnız sazişə imza atdıqları və ya görüşdə iştirak etdikləri üçün heç bir vəsaitin blokdan çıxarılması baş verməyəcək. Saziş elə hazırlanıb ki, ABŞ və onun müttəfiqlərinin maraqları prioritet olsun", - deyə o bildirib. Vitse-prezidentin sözlərinə görə, İslam Respublikası üçün iqtisadi faydalar yalnız ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi təqdirdə mümkün olacaq. Vens həmçinin ABŞ Prezidenti Donald Trampın İranla aparılan danışıqlarda müsbət nəticə əldə edə biləcəyinə əminliyini ifadə edib. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton və Tehran münaqişənin nizamlanmasının ümumi konsepsiyasının təsbit olunacağı anlaşma memorandumu imzalamaq niyyətindədirlər.
Mənbə
oxu.az