Dünya

İspaniyanın sabiq lideri vergi cinayətləri və qaçaqmalçılıqda şübhəli bilinir

12 Jun 2026, 19:36 2 baxış
İspaniyanın sabiq lideri vergi cinayətləri və qaçaqmalçılıqda şübhəli bilinir
İspaniyanın 2004-2011-ci illərdə baş naziri olmuş Xose Luis Rodriges Sapatero barəsində vergi cinayətləri və qaçaqmalçılıq şübhəsi ilə istintaq aparılır. Buna səbəb onun iş otağında dəyəri 1.3 milyon avronu aşan qiymətli zinət əşyalarının aşkar edilməsidir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Məhkəmə Kollegiyası məlumat yayıb. Məlumata görə, "Plus Ultra" aviaşirkətinə maliyyə dəstəyi ilə bağlı iş üzrə ayrıca istintaq icraatının açılmasına qərar verilib. Bu addım mayın 19-da sabiq baş nazirin ofisində aparılan axtarış zamanı aşkarlanan və mənşəyi hələlik məlum olmayan zinət əşyalarına görə Sapateronun qaçaqmalçılıq və vergi cinayətlərində mümkün iştirakını araşdırmaq məqsədi daşıyır. Mayın 19-da məhkəmə keçmiş hökumət rəhbərinin "Plus Ultra" işi çərçivəsində istintaqa cəlb olunduğunu elan etmişdi. Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları onun iş yerində axtarış aparıblar. Axtarış zamanı seyfdən müxtəlif zərgərlik məmulatları götürülüb. Daha əvvəl Sapatero vəzifə səlahiyyətlərindən sui-istifadə və digər qanunsuz əməllərdə şübhəli bilinərək iyunun 17-18-də ifadə vermək üçün məhkəməyə çağırılmışdı. Sözügedən araşdırma koronavirus pandemiyası dövründə hökumət tərəfindən "Plus Ultra" şirkətinə maliyyə yardımı kimi ayrılmış 53 milyon avronun təyinatı üzrə xərclənməməsi ehtimalı ilə bağlıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər