Dünya

Narek Karapetyanın Ermənistandan çıxışına qadağa qoyuldu

12 Jun 2026, 18:08 28 baxış
Narek Karapetyanın Ermənistandan çıxışına qadağa qoyuldu
"Güclü Ermənistan" Partiyasının liderlərindən biri - Narek Karapetyanın ölkəni tərk etməsinə məhdudiyyət tətbiq olunub. Oxu.Az xəbər verir ki, bu barədə siyasətçi özünün sosial şəbəkəsində yayımladığı video müraciətdə məlumat verib. O qeyd edib ki, qadağa barədə Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars məntəqəsinə getmək istəyərkən öyrənib. Karapetyan çəkiliş qrupu ilə birlikdə Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyəti araşdırmağı planlaşdırdığını vurğulayıb: "Lakin Ermənistanın sərhəd xidməti mənə həmin əraziyə səfərimin qadağan edildiyini bildirdi və çıxışıma məhdudiyyət qoydu". Qeyd edək ki, Narek Karapetyan "Güclü Ermənistan" Partiyasının rəhbəri, sahibkar Samvel Karapetyanın qardaşı oğludur.
Mənbə oxu.az

Oxşar Xəbərlər