Dünya

Sosial şəbəkələrin işində problemlər müşahidə olunur

12 Jun 2026, 18:28 27 baxış
Sosial şəbəkələrin işində problemlər müşahidə olunur
"Facebook", "Instagram", "Messenger", "WhatsApp" və "Threads" platformalarının işində nasazlıqlar müşahidə olunur. Oxu.Az bu barədə "Downdetector" servisinə istinadən xəbər verir. Müxtəlif ölkələrdən olan istifadəçilər xəbər lentinin yüklənməsi, mesajların göndərilməsi, avtorizasiya və "Meta" servislərinin bəzi funksiyalarına girişlə bağlı problemlər barədə məlumat verirlər. Belə böyük bir platformanın işindəki fasilələr serverlərdəki texniki problemlərdən tutmuş şəbəkə xətalarına qədər müxtəlif səbəblərdən qaynaqlana bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər