Dünya

Kir Starmer istefa verməyəcəyini bəyan etdi

12 Jun 2026, 18:48 28 baxış
Kir Starmer istefa verməyəcəyini bəyan etdi
Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verməyəcəyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə ölkə başçısı BBC telekanalına müsahibəsində məlumat verib. O qeyd edib ki, vətəndaşlara verilən vədləri reallaşdırmaq məqsədilə hökumətin fəaliyyətində iştirakını davam etdirəcək: "Mən vəzifəmdən getməyəcəyəm. Ölkəni yeni liderin seçilməsi xaosuna sürükləməyimizin doğru olduğunu düşünmürəm. Diqqətimi məhz seçildiyim işə - bu dövlət üçün konkret nəticələr qazanmağa yönəltmişəm". Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili qalmaqallı şəkildə istefa verib. Starmerin siyasi fəaliyyəti ilə razılaşmayan nazirlərin istefası mayın 12-dən başlayıb və nazir müavinlərinin vəzifələrindən getməsi ilə davam edib. Britaniyanın səhiyyə naziri Ues Stritinq də Starmerə inamsızlıq səbəbindən vəzifəsindən ayrılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər