Mədəniyyət

Milli Məclisdən Şuşa şəhərində yerləşən abidələrlə bağlı QƏRAR

12 Jun 2026, 13:45 3 baxış
Milli Məclisdən Şuşa şəhərində yerləşən abidələrlə bağlı QƏRAR
Şuşa şəhərinin ərazisində yerləşən abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilir. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəddə qeyd olunub ki, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan, təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Mənbə oxu.az

Oxşar Xəbərlər