Dünya

Yeni Zelandiyada ikirəngli alma insanları heyrətləndirdi - FOTO

11 Jun 2026, 05:38 31 baxış
Yeni Zelandiyada ikirəngli alma insanları heyrətləndirdi - FOTO
Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən mağazada nümayiş etdirilən nadir alma yerli sakinlərin diqqət mərkəzinə çevrilib. Oxu.Az xəbər verir ki, UPI nəşrinə istinadən məlumat verir ki, meyvənin bir tərəfi qırmızı, digər tərəfi isə sarıdır. Alma mükəmməl şəkildə düz ortadan iki fərqli rəngə ayrılır. Mütəxəssislərin sözlərinə görə, belə hallar genetik mutasiya nəticəsində yaranan və "ximera" adlanan hadisə ilə əlaqədardır. Bu zaman meyvə iki fərqli genetik hüceyrə xəttindən formalaşır. Belə nümunələrə milyondabirdən də az hallarda rast gəlinir. Mağaza sahibi bildirib ki, alma artıq yerli attraksiona çevrilib.
Yeni Zelandiyada ikirəngli alma insanları heyrətləndirdi - FOTO Yeni Zelandiyada ikirəngli alma insanları heyrətləndirdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər