Dünya

Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələrdən sonra İrəvana qayıtdı

10 Jun 2026, 23:54 30 baxış
Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələrdən sonra İrəvana qayıtdı
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada keçirilən məsləhətləşmələrdən sonra yenidən İrəvan şəhərinə qayıdaraq öz vəzifələrini icra etməyə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, mayın sonlarında Kopırkin Ermənistan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma addımları ilə bağlı məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər