Dünya

Tramp İrana yeni zərbələri ELAN ETDİ

10 Jun 2026, 20:22 51 baxış
Tramp İrana yeni zərbələri ELAN ETDİ
"ABŞ yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələr endirməyi planlaşdırır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Biz dünən onlara ağır zərbələr endirdik. Bu gün də yenidən sərt şəkildə zərbə vuracağıq", - deyə ABŞ prezidenti bildirib. Onun sözlərinə görə, bu qərar İran qüvvələrinin ABŞ-yə məxsus helikopteri vurması ilə əlaqədardır. "Mən hesab edirəm ki, bizim buna haqqımız var", - deyə Tramp əlavə edib. Qeyd edək ki, daha əvvəl ABŞ tərəfi AH-64 "Apache" helikopterinin Hörmüz boğazı üzərində vurulduğunu açıqlamışdı. Hadisə ilə bağlı tərəflərin səsləndirdiyi versiyalar bir-birindən fərqlənir.
Mənbə oxu.az

Oxşar Xəbərlər