Dünya
İsrail ordusu və "Hizbullah" arasında şiddətli döyüşlər davam edir - VİDEO
Livan ərazisində İsrail ordusu (SAXAL) ilə "Hizbullah" qruplaşması arasında şiddətli toqquşmalar davam edir. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" telekanalı yayımlayıb.
Səhər vaxtı Livanın cənubunda yerləşən Tir şəhəri istiqamətində SAXAL-ın aviazərbələri qeydə alınıb. Tir bölgəsindəki Tayr-Debba kəndi, eləcə də şəhərin cənubundakı fələstinli qaçqınların düşərgəsi raket hücumlarına hədəf olub. Telekanalın bildirdiyinə görə, həmin ərazidə gecəboyu artilleriya səsləri kəsilməyib. Xəbərə görə İsrail hərbçiləri Şərqi Livan ərazisindəki mövqelərini genişləndirmək üçün Litani çayının şimal hissəsindəki Niha zonasında hərbi fəaliyyətlərini gücləndirirlər. Digər tərəfdən, "Hizbullah" təşkilatı Ən-Nəbatiyyə vilayətində İsrail qüvvələrinə qarşı yeni əməliyyata başladığını bəyan edib. SAXAL bölmələrinin Bofor qalası ətrafında mövqe tutmasından sonra sözügedən ərazidə atışmalar səngimir. Eyni zamanda, "Hizbullah" qruplaşması Livanın Xiam və Bayada yaşayış məntəqələrində yerləşən İsrail hərbçilərinə zərbələr endirdiyini açıqlayıb.

Mənbə
oxu.az