Dünya
Pakistan HHQ-nin "Mi-17" helikopteri qəzaya uğradı - Heç kim sağ çıxmadı
Pakistan Silahlı Qüvvələrinin balansında olan "Mi-17" hərbi helikopteri Kəşmir ərazisində qəzaya uğrayıb və bütün ekipaj üzvləri həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə PTV telekanalının verdiyi məlumatda bildirilir. Məlumata görə, insident Müzəffərabad şəhərinin yaxınlığında baş verib. Səbəb texniki nasazlıq ola bilər. Hadisənin şəraitini müəyyən etmək üçün istintaq komissiyası yaradılıb.
Mənbə
oxu.az