Dünya

Nahar fasiləsi kabusa çevrildi: ABŞ hərbi dəniz bazasının işçisi köpəkbalığının hücumuna məruz qaldı - VİDEO

10 Jun 2026, 16:44 2 baxış
Nahar fasiləsi kabusa çevrildi: ABŞ hərbi dəniz bazasının işçisi köpəkbalığının hücumuna məruz qaldı - VİDEO
ABŞ-nin Florida ştatının Panama-Siti bölgəsində ABŞ Hərbi Dəniz Qüvvələri Hərbi Əməliyyatlar Mərkəzinin işçisi nahar fasiləsi zamanı köpəkbalığının hücumuna məruz qalıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Post" nəşri məlumat verib. Mərkəzdə mülki əməkdaş kimi çalışan 30 yaşlı kişi köpəkbalığının qurbanı olub. O, həmkarı ilə birlikdə nahar fasiləsi zamanı buxtada üzməyə qərar verib. Üzdüyü zaman qəfildən ona köpəkbalığı hücum edib və hər iki qolunu yaralayıb.
Xilasedicilər tez bir zamanda hadisə yerinə çatıblar və zərərçəkənə ilk tibbi yardım göstəriblər. Son məlumatlara görə, kişi hazırda ağır vəziyyətdədir. Onun ixtisaslaşmış travmatoloji mərkəzə köçürülməsinə zərurət yarana bilər. Baza komandiri Tristan Oliveyra hadisənin detallarını təsdiqləyib və qeyd edib ki, baza zərərçəkənə və onun ailəsinə bütün lazımi dəstəyi verəcək. Kişinin adı açıqlanmır.
Mənbə oxu.az

Oxşar Xəbərlər